“Arif Babayev qoca kişidir, gedib toyda nə edəcək?” 

saytların hazırlanması

Evə çatdırılma

“Arif Babayev qoca kişidir, gedib toyda nə edəcək?” 

Şou

23 Yanvar 2023 16:59 2737


Azərbaycan şou-biznesinin əksər üzvləri el şənliklərindən qazanırlar. Estradamızın məşhur simaları 5-10, hətta 15 min manata belə toylara gedirlər. 

Lakin bu gün el məclislərində məşhur sənətçilərdən daha çox “ara müğənnilər” boy göstərir. 

Tez-tez yaşlı sənətçilərdən “Vaxt vardı toylara sayılıb-seçilən, bədii şuranın "narın süzgəc"indən keçmiş sənətkarlar gələrdi...” sözlərini eşidirik.  Dördpendirli pizza

Bəs görəsən, bu gün “ara müğənnilərin” daha çox toylara dəvət olunmasının səbəbi nədir? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan müğənni Əli Mirəliyev bu cür şəxsləri müğənni adlandırmaqdan çəkindiyini bildirib: 

“Onlara “ara müğənnisi” demək düzgün deyil, ara adamları müğənni ola bilməz. Onlar küçə oxuyanlarıdır. Müğənni, professional sənətçi tamam ayrı şeydir. Müğənni ilə “ara müğənnisi”nin adı heç vaxt bir yerdə hallana bilməz. Onlar “müğənniciklərdir”. Əvvəllər Arif Babayev, Habil Əliyev toylara gedirdi, düzdür, amma bu gün onlar niyə toya getmir demək də düzgün deyil. Çünki hamının müəyyən yaş dövrü var, Arif Babayev qoca kişidir, gedib toyda nə edəcək?” 

Sənətçinin sözlərinə görə bu gün toy məclisləri əvvəlkindən fərqli olaraq şoulaşdırılıb: 

“Əvvəllər toylar arzulu toylar idi, indiki məclislər isə arzusuzdur. Hamısı sanki şou proqramdır. Şou proqramla toy olar? Əvvəllər toya gedirdin ayağının altında qoyun kəsirdilər, ən məşhur sənətçilərlə bir məclisdə olurdun. İndi Faiq Ağayev ordan, Röya, Aygün burdan girib çıxırlar. Biri gəlir səhnəyə çıxır, gedir o biri gəlir. Belə toy olar? Belə toy məclisi olmaz. Özü də səhnəyə çıxanda tək çıxmırlar, hərəsi bir kişi ilə çıxır. Zəng edib qiymət soruşanda da elə qiymət deyirlər ki, məəttəl qalırsan, qələt edirlər, yalandan deyirlər. Heç kim onlara o qədər pul verməz. Bunlar hamısı yalan sözlərdir”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!