“Arsenal” UEFA Çempionlar Liqasının ilk finalçısı oldu

saytların hazırlanması

Evə çatdırılma

“Arsenal” UEFA Çempionlar Liqasının ilk finalçısı oldu

İdman

06 May 2026 01:28 126


UEFA Çempionlar Liqasının ilk finalçısı müəyyənləşib.

"Yeni Sabah" xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İspaniyanın "Atletiko"su ilə İngiltərədə "Arsenal"ı üz-üzə gəlib. 

"Emireyts" stadionunda keçirilən matç meydan sahibi "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, ilk görüşdə qalib müəyyənləşməyib - 1:1. Beləliklə, iki oyunun nəticəsinə əsasən, "Arsenal" finala vəsiqə qazanan tərəf olub.

Qeyd edək ki, digər finalçı bu gün bəlli olacaq. "Bavariya" Almaniyada Fransanın PSJ komandası ilə qarşılaşacaq. Birinci qarşılaşmada PSJ qalib olub - 5:4.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!