Artıq 100 minə yaxın uşaq birinci sinfə qəbul olunub.
"yeni Sabah" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov deyib.
Xatırlatma: birinci sinifə qəbul prosesi mayın 6-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna başlanılıb. Sezar pizza
Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır. Valideynlər eyni tarixdən başlayaraq məktəb və müəllim seçimini həyata keçirə biləcəklər.
Seçim mərhələsi iyunun 5-i saat 11:00-dək davam edəcək. Prioritet bölgələr sırasında Abşeron, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərləri yer alır.
Tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə müsahibəyə qeydiyyat mayın 6-sı saat 11:00-da başlayacaq və mayın 18-i saat 18:00-dək davam edəcək.
Müsabiqə yolu ilə qəbul aparılan məktəblər üçün qeydiyyat mayın 6-sı saat 15:00-dan iyunun 5-si saat 18:00-dək açıq olacaq. Bu kateqoriyaya Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbi daxildir.
Telegram kanalımız