Artıq ödənilmiş vergilərin geri qaytarılması haqda qərara  dəyişiklik edildi

saytların hazırlanması

Evə çatdırılma

Artıq ödənilmiş vergilərin geri qaytarılması haqda qərara  dəyişiklik edildi

Sosial

01 Sentyabr 2023 11:44 1988


Baş nazir Əli Əsədov “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərarında dəyişiklik edib.

“Yeni Sabah” xəbər verir ki, Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 2.1-ci bəndində “vergi hesabatı dövrü qurtardıqdan sonra” sözləri “vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (Vergi Məcəlləsinin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən)” sözləri ilə əvəz edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!