"Artıq Paşinyandan heç nə asılı deyil".
Yenisabah.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.
Erməni nəşri Qarabağ separatçıların rəhbəri Araik Arutyunyanın başçılıq etdiyi nümayəndə heyətinin İrəvana səfərinə toxunub.
“Onlar uzun müddət Nikol Paşinyanla görüşməyə çalışdılar və bir neçə gün gözlədikdən sonra həmin görüş baş tutdu. “Artsax əhalisi” bu səfərə çox pis reaksiya verib, çünki çoxlarında belə təəssürat yaranıb ki, Arutyunyan sadəcə Paşinyanı özünə cəlb etmək üçün belə səfərlər edir", - deyə "Past" yazıb.
Nəşrin yazdığına görə, Nikol Paşinyanla görüşən separatçılar artıq heç nəyin ondan asılı olmadığı qənaətinə gəliblər:
“Onlar Paşinyanın çox şeylər barədə açıq-aşkar yalan danışdığını, manipulyasiya etdiyini və bədbin olduğunu, artıq heç nəyin ondan asılı olmadığını başa düşüblər".
Telegram kanalımız