Arvadını söyən keçmiş qayınatasını balta ilə vurdu

saytların hazırlanması

Evə çatdırılma

Arvadını söyən keçmiş qayınatasını balta ilə vurdu

Kriminal

22 Sentyabr 2022 13:26 1371


Səbail Rayon Məhkəməsində arvadını söyən şəxsə balta ilə xəsarət yetirən 1983-cü il təvəllüdlü Rəşad Qədirova (soyadlar şərtidir) hökm oxunub.

Yenisabah xəbər verir ki, hadisə bu il martın 18-də baş verib. Məlum olub ki, Lalə Məhərrəmli anası Gülnar İsmayılova ilə birlikdə Bayıl qəsəbəsində fəaliyyət göstərən “BAZAR STORE” ticarət mərkəzinin qarşısından keçərkən Gülnarın 2014-cü ildə boşandığı keçmiş əri Habil Mərdanov idarə etdiyi avtomobili saxlayıb, onu və qızını söyüb və onları öldürməklə hədələyib. Bundan sonra Lalə əri Rəşada zəng edərək onu hadisə barədə məlumatlandırıb. Rəşad qəzəblənərək Habilin qardaşın Sərvana zəng edib. O, Habilin həyat yoldaşını söydüyünü deyib. 

Ertəsi gün Rəşad evində olan baltanı götürərək Bayıl bazarın qarşısına gedib və orada başı söhbətə qarışmış Habilin üzərinə gedib. Bu zaman aralarında mübahisə başlanıb və mübahisə zamanı Rəşad əlində olan balta ilə Habilin bel nahiyyəsindən vuraraq ona xəsarət yetirib. Habil Rəşadın əlindən baltanı almaq istəsə də, cəhdi uğursuz olub. Əraziyə yaxınlaşan şəxslər baltanı onun əlindən alaraq onları aralaşdırıb. Bu zaman Rövşən keçmiş qayınatasının üzünə yumruq zərbəsi endirib. Habil də Rövşəni yumruqla vuraraq qulağını dişləyib. Sezar pizza

Prosesdə dindirilən Rəşad Qədirov bildirib ki, özünü təqsirli bilir və əməlindən peşmandır.

Məhkəmənin hökmü ilə R. Qədirov Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq-silah qismində əşya tətbiq etməklə) maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!