Şəmkirdə arvadını qətlə yetirməkdə təqsirləndirilən Arif Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Arif Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Dördpendirli pizza
O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Şəmkir rayonunda baş vermişdi. Arif Hacıyev ailədaxili münaqişə zəminində arvadı Röyalə Hacıyevanın boğazını kəsərək onu qətlə yetirmişdi.
Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Telegram kanalımız