ASAN könüllüləri ödənişsiz göz müayinəsi aksiyası keçirdi

saytların hazırlanması

Evə çatdırılma

ASAN könüllüləri ödənişsiz göz müayinəsi aksiyası keçirdi

Sosial

31 Mart 2023 20:32 958


Martın 31-də "ASAN Könüllüləri" Təşkilatının və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşkilatçılığı ilə ödənişsiz göz müayinəsi aksiyası keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib.

Bildirilib ki, aksiya Azərbaycanın Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın anadan olmasının 100-cü il ildönümü münasibətilə təşkil olunub. Məqsəd göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, vətəndaşların müayinəsi və tibbi məsləhətlərin verilməsi olub. Dördpendirli pizza

1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinin qarşısında baş tutan aksiyada şəhərin aztəminatlı ailələrinin üzvləri, fiziki məhdudiyyətli şəxslər və və dövlət qurumlarının əməkdaşlarının ailə üzvləri iştirak ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!