“ASAN xidmət“də böyük yenilənmə

saytların hazırlanması

Evə çatdırılma

“ASAN xidmət“də böyük yenilənmə

İqtisadiyyat

19 Oktyabr 2026 13:16 102


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” mərkəzlərində infrastrukturun yenilənməsi məqsədilə işlər həyata keçirir. 

“Yeni Sabah” xəbər verir ki, mərkəzlərdə İKT avadanlıqlarının satınalınması üçün “BEETECH” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə tərəflər arasında ümumi maliyyə dəyəri 5 189 191.60 manat təşkil edən müqavilə imzalanıb. Layihə çərçivəsində “ASAN xidmət” mərkəzlərində vətəndaşlara göstərilən xidmət keyfiyyətinin və operativliyin daha da artırılması üçün mövcud İKT infrastrukturunun müasir avadanlıqlarla təmin edilməsi və yenilənməsi nəzərdə tutulur. 

Qeyd edək ki, müqavilə imzalanan şirkət 2018-ci ildən fəaliyyət göstərir və nizamnamə kapitalı 20 manat təşkil edir.  Sezar pizza

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!