Azərbaycanda həyata keçiriləcək nəqliyyat vasitələrinin utilizasiyası proqramı ölkədə avtomobillərin qiymətini artıracaq.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, bunu deputat Asim Mollazadə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında "Tullantılar haqqında" Qanuna, "Yol hərəkəti haqqında" Qanuna, Gömrük Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihələrin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, utilizasiya proqramını qəbul edərkən ətraf mühitə mənfi təsirdən söhbət gedirsə, ilk növbədə böyük avtomobillərdən danışmalıyıq: Sezar pizza
"Söhbət yük maşınları və ictimai nəqliyatda istifadə olunan avtobuslardan gedir. Biz Bakının havasına sovet vaxtından qalan avtomobillərin mənfi təsirini görürük. Bu qanunlar bilavasitə köhnə nəqliyyat vasitələrinin ətraf mühitin problemlərinə təsirini göstərmir. Məqsəd yenidən avtomobil almaq istəyən vətəndaşlarımızdan daha çox pul yığmaqdır. Ona görə də bu qanun layihələri yenidən işlənilməlidir.
Ümumiyyətlə, layihələrdə rəqəmlər heç aydın deyil. Bəs retro avtomobillərlə bağlı qanunda nələr nəzərdə tutulur? Ona görə də ciddi götür-qoy etmək lazımdır. İlk növbədə diqqəti ətraf mühitə mənfi təsir nöqteyi-nəzərindən böyük avtombillərə yönəltməliyik. Utilizasiya ilə bağlı ölkədə sistem mövcud deyil. Biz sistemi qururuqsa onu qurarkən niyə görə ilk növbədə vətəndaşdan yenidən əlavə maliyyə tələb edirik? Əsas problemlər avtobuslarla bağlıdır. Biz buna göz yumuruq və vətəndaşlardan yenidən hansısa fonda vəsait tələb edirik. İlk növbədə vətəndaşları düşünməli və qiymətlərin artımına yol verməməliyik. Bu qanun layihələri ilk növbədə qiymətləri artıracaq".
Telegram kanalımız