Aşıq Zülfiyyə əri, oğlu və gəlini haqqında danışdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Aşıq Zülfiyyə əri, oğlu və gəlini haqqında danışdı - Video

Şou

24 İyun 2023 17:31 2351


"Oğlum Babək həyat yoldaşı ilə beş il bizim yanımızda yaşadı. Sonra ev aldıqdan sonra yanımızdan köçdülər. İnanın ki, bu 5 ildə zərrə qədər aramızda narahatlıq olmadı. Hər səhər gəlin mənimlə gəlib öpüşür, görüşürdü".

Yenisabah.az Bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə İbadova müğənni oğlu Babəklə qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda deyib.

O həmin dövrdə ərinin utandığından evdə köynək və idman şalvarında gəzmədiyini deyib: pizza

"Bir binada, lakin ayrı-ayrı evlərdə yaşayırıq. Amma onlar sərbəst olsalar, daha yaxşıdır. Ərim çox abırlı, ismətli insandır. O, köynəksiz evdə gəzmir. Bu, mümkün də deyil. Görürdüm ki, gəlinin yanında narahat olur. Hətta idman şalvarı belə gəlinin yanında geyinmirdi".

Aşıq vurğulayıb ki, indiki gəlinlərin cibinə valideyinləri bahalı telefon qoyur ki, qayınana ilə qayınatanın danışdıqlarını yazsın.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!