AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad:   “Şuşi yox Şuşa”

saytların hazırlanması

Evə çatdırılma

AŞPA-da azərbaycanlı deputatdan erməni həmkarına irad: “Şuşi yox Şuşa”

Siyasət

27 Yanvar 2021 23:58 926


Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, deputat Kamal Cəfərov AŞPA-nın qış sessiyası zamanı Ermənistanın qurumdakı nümayəndə heyətinin üzvünü tarixə hörmətlə yanaşmağa və Şuşa şəhərinin adını düzgün tələffüs etməyə çağırıb.

Yenisabah.az bildirir ki, bu barədə “Report”un Fransa bürosu xəbər verir.

K.Cəfərov bldirib: “Azərbaycan şəhərinin adı Şuşi yox Şuşadır. Tarixə hörmətlə yanaşmaq lazımdır”.

Azərbaycanlı deputat erməni həmkarını müzakirələrə yerli-yersiz siyasi don geydirməməyi tövsiyə edib:

“Dağlıq Qarabağda əməliyyatlar başa çatıb və bu gün artıq qarşılıqlı inam yaratmağın vaxtı çatıb. Siz isə bunun əvəzinə AŞPA-dakı müzakirələrdən istifadə edərək hər bir məsələni siyasiləşdirməklə məşğulsunuz”, - deputat bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!