AŞPA məruzəçisi Bakıya gələcək - Erməni məhbuslarla görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

AŞPA məruzəçisi Bakıya gələcək - Erməni məhbuslarla görüşəcək

Rəsmi

30 İyun 2021 15:58 803


Avropa Şurası Parlament Assambleyasının xüsusi məruzəçisi Pol Havan erməni əsirlərinin azadlığa buraxılması ilə bağlı Bakıda görüş keçirəcək.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, “Mənim addımım” blokundan olan deputat Tatevik Ayrapetyan bildirib.

Onun sözlərinə görə, erməni deputatlar bu xahişlə şəxsən xüsusi məruzəçi Havana müraciət ediblər. “Havan tezliklə Bakıya gedəcəyi üçün ondan ikitərəfli görüşlərimiz zamanı məhbuslarımıza baş çəkməsini xahiş etdik. Ermənistanda o, artıq məhbusların yaxınları ilə görüşüb və onlar məruzəçidən məlumat gözləyirlər”, – deyə Ayrapetyan əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!