“Assist Finance”da kəskin eniş - daxili birja dövriyyəsi 600 milyona yaxın AZALDI

saytların hazırlanması

Evə çatdırılma

“Assist Finance”da kəskin eniş - daxili birja dövriyyəsi 600 milyona yaxın AZALDI

İqtisadiyyat

25 Avqust 2026 15:44 67


Bu ilin yanvar-iyul aylarında “Assist Finance İnvestisiya Şirkəti” ASC-nin Bakı Fond Birjasında daxili birja dövriyyəsi 2 milyard 437,5 milyon manat təşkil edib.

“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 591,8 milyon manat və ya 19,5% azdır. 2025-ci ilin ilk yeddi ayında şirkətin birjadakı əməliyyatlarının həcmi 3 milyard 29,3 milyon manat olub.

Dövriyyənin azalmasına baxmayaraq, şirkətin vasitəçiliyi ilə bağlanan əqdlərin sayı 1 240-dan 1 325-ə yüksələrək 6,9% artıb. Bununla yanaşı, bir əqdin orta məbləği 2,44 milyon manatdan 1,84 milyon manata düşüb və ya 24,7% azalıb. pizza sifarişi

Dövriyyənin strukturunda ən böyük pay repo əməliyyatlarının payına düşüb. 2026-cı ilin ilk yeddi ayında “Assist Finance”ın repo əməliyyatlarının həcmi 2 milyard 11,8 milyon manat təşkil edib. Bundan başqa, şirkət 216,5 milyon manat korporativ istiqrazlar, 182,5 milyon manat ARMB qiymətli kağızları, 25,7 milyon manat dövlət istiqrazları və 984,4 min manat səhmlərlə əməliyyat həyata keçirib.

Rəqəmlərin müqayisəsi göstərir ki, ümumi dövriyyədəki azalmanın əsas mənbələrindən biri korporativ istiqrazlarla əməliyyatların kəskin geriləməsi olub. Bu istiqamətdə dövriyyə ötən ilin ilk yeddi ayındakı 695,5 milyon manatdan 216,5 milyon manata enərək 68,9% azalıb.

Dövlət istiqrazları üzrə əməliyyatların həcmi də 108,5 milyon manatdan 25,7 milyon manata düşüb ki, bu da 76,3% azalma deməkdir. Repo əməliyyatlarında azalma nisbətən məhdud olub – dövriyyə 2 milyard 114,1 milyon manatdan 2 milyard 11,8 milyon manata enərək 4,8% azalıb.

Bunun əksinə olaraq, AMB qiymətli kağızları ilə əməliyyatların həcmi 110,8 milyon manatdan 182,5 milyon manata yüksələrək 64,6% artıb. Səhmlərlə əməliyyatların həcmi isə 370,3 min manatdan 984,4 min manata çataraq 2,7 dəfə artıb.

Beləliklə, “Assist Finance”da əqdlərin sayı artsa da, əməliyyatların orta həcminin kiçilməsi, xüsusilə korporativ və dövlət istiqrazları üzrə dövriyyənin kəskin azalması şirkətin Bakı Fond Birjasındakı ümumi dövriyyəsinin ötən ilin eyni dövründən aşağı qalmasına səbəb olub.

Qeyd edək ki, “Assist Finance İnvestisiya Şirkəti” ASC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 400 050 manat, qanuni təmsilçisi Cəfər İbrahimov Qəmədin oğludur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!