Astarada 60 yaşlı kişi əncir dərərkən öldü

saytların hazırlanması

Evə çatdırılma

Astarada 60 yaşlı kişi əncir dərərkən öldü

Hadisə

15 Avqust 2026 20:25 65


Astara rayonunda 60 yaşlı kişi ağacdan yıxılaraq ölüb.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Siyəkü kəndində baş verib.

Məlumata görə, Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Fazil Fətəliyev əncir dərmək üçün ağaca çıxıb. Bu zaman ehtiyatsızlıq nəticəsində yerə yıxılıb və müxtəlif dərəcəli xəsarətlər alıb. Dördpendirli pizza

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun xəstəxanaya çatdırılmasından əvvəl öldüyü məlum olub.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./Oxu.Az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!