Avropa İttifaqının (Aİ) gəlirlərinin təxminən 40 faizini təmin edən Almaniya, Niderland, İsveç, Danimarka, Avstriya və Finlandiya birliyin 2 trilyon avroluq növbəti yeddiillik çərçivə büdcəsini bloklamaqla hədələyirlər.
“Yeni Sabah” xəbər verir ki, donor ölkələrin liderləri Avropa Komissiyası tərəfindən təklif olunan layihədə yüzlərlə milyard avro həcmində əhəmiyyətli kəsintilərin aparılmasını tələb edirlər. Onlar kənd təsərrüfatı və regional subsidiyaların azaldılaraq, ayrılan vəsaitlərin birbaşa müdafiə, təhlükəsizlik və innovasiya sahələrinə yönəldilməsini şərt kimi irəli sürüblər.
Aİ qaydalarına əsasən, yeddiillik maliyyə planının təsdiqlənməsi üçün 27 üzv dövlətin yekdil razılığı tələb olunur. Bu isə həmin 6 ölkəyə tələbləri qəbul edilməyəcəyi təqdirdə qərara veto qoymaq imkanı verir. Cənub və Şərqi Avropa ölkələrinin subsidiyaların azaldılmasına qarşı çıxması fonunda Brüsseldə Aİ tarixinin ən gərgin büdcə danışıqlarının keçəcəyi gözlənilir. Pepperoni pizza
Nazim Hacıyev
Telegram kanalımız