Şimali Afrikadakı İspaniya ərazisi Seutada başlayan qeyri-qanuni miqrant axınının Avropada yaratdığı gərginlik davam edir.
“Yeni Sabah” xəbər verir ki, İtaliya İspaniyadan gələn hava yolu sərnişinlərinə tətbiq etdiyi müvəqqəti sərhəd nəzarətini daha 15 gün uzatmaq qərarına gəlib.
İtaliyanın Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, Şengen zonasının qaydalarına əsasən, normal şəraitdə pasport yoxlamasından keçməyən sərnişinlərə tətbiq edilən nəzarət tədbirləri uzadılıb. pizza
Nazirlik rəsmiləri Seutada Şengen zonasından kənarda yerləşən ərazidə vəziyyətin qısa müddətdə normallaşacağına ümid etdiklərini bildiriblər. Həmçinin İspaniyanın Avropa İttifaqı ilə apardığı danışıqların diqqətlə izlənildiyi qeyd olunub.
İspaniyanın Baş naziri Pedro Sançes isə hadisə ilə bağlı açıqlamasında vəziyyətin arxasında duran səbəblərlə bağlı araşdırmanın diqqətlə aparıldığını deyib.
O bildirib ki, təhlükəsizlik və kəşfiyyat hesabatlarında böhranın arxasında Mərakeş hakimiyyətinin dayandığını təsdiqləyən hər hansı fakta rast gəlinməyib.
Sançes sosial şəbəkələrdə yayılan manipulyativ məlumatlara da diqqət çəkib. Onun sözlərinə görə, miqrant axını ilə bağlı yanlış və yanıltıcı məlumatlar Rusiya və İsraillə əlaqəli sosial media şəbəkələri, eləcə də beynəlxalq ifrat sağçı qruplar tərəfindən məqsədli şəkildə yayılıb.
Aydan Hacı
Telegram kanalımız