Avropada yanacaq KƏSKİN BAHALAŞDI: Qiymətlər 34 faizədək artdı

saytların hazırlanması

Evə çatdırılma

Avropada yanacaq KƏSKİN BAHALAŞDI: Qiymətlər 34 faizədək artdı

Dünya

30 Sentyabr 2026 20:50 82


Ötən ay şəxsi nəqliyyat vasitələri üçün avtomobil yanacağı və yağlar illik müqayisədə 23.8% bahalaşıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "Avrostat" məlumat yayıb.

Qeyd olunur ki, iyul ayında yanacağın qiyməti 16.9%, iyun ayında 13.7%, may ayında isə 20.7% artıb. Aprel və mart aylarında qiymət artımı müvafiq olaraq 20.8% və 12.9% səviyyəsində qeydə alınıb. Marqarita pizza

Ən ciddi qiymət artımı Bolqarıstanda qeydə alınıb. Orada yayın sonuncu ayında yanacaq və yağlar üçün bir il əvvəllə müqayisədə 34.5% çox pul tələb olunub. Litvada qiymətlər 28.8%, Finlandiyada 27.6%, Fransada isə 27.4% artıb. Macarıstanda bahalaşma cəmi 1.3% təşkil edib. İsveçdə isə bu göstərici 6.1% olub.

Ümumilikdə, Avropa İttifaqında dizel yanacağı avqust ayında iyul göstəriciləri ilə müqayisədə 8.3%, benzin isə 3.3% bahalaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!