Avtomobil nəhəngi gözlənilməz sıçrayış etdi

saytların hazırlanması

Evə çatdırılma

Avtomobil nəhəngi gözlənilməz sıçrayış etdi

Avto

06 Avqust 2026 18:37 72


Yaponiyanın avtomobil istehsalçısı Honda Motor şirkətinin 2026-cı mali ilinin aprel-iyun aylarını əhatə edən ilk rübündə xalis mənfəəti ötən mali ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artaraq 450,9 milyard yenə (təxminən 2,86 milyard dollar) çatıb.

“Yeni Sabah” xəbər verir ki, Tokioda yerləşən şirkət açıqladığı hesabatda 2026-cı mali ilinin ilk rübünə dair yenilənmiş maliyyə göstəricilərini və proqnozlarını təqdim edib. Məlumata görə, şirkətin mənfəət artımına Şimali Amerika bazarında avtomobil satışlarının yüksəlməsi və yapon yeninin xarici valyutalar qarşısında dəyər itirməsi müsbət təsir göstərib.

Hesabat dövründə Honda-nın satış gəlirləri 13,5% artaraq təxminən 6 trilyon  (38 milyard dollar) yüksəlib. Şirkətin əməliyyat mənfəəti isə iki dəfədən çox artaraq 530,7 milyard  (3,3 milyard dollar) çatıb. Pepperoni pizza

Honda-nın maliyyə direktoru Masao Kavaguçi jurnalistlərə açıqlamasında bildirib ki, artan xam neft qiymətləri səbəbindən hibrid və enerji səmərəli avtomobillərə tələbat yüksəlib.

Şirkət 2027-ci ilin martında başa çatacaq 2026-cı mali il üzrə ümumi xalis mənfəət proqnozunu da artırıb. Belə ki, əvvəl açıqlanan 260 milyard yenlik gözlənti 400 milyard  yüksəldilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!