Xəzər rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilib.
"Yeni Sabah" xəbər verir ki, yol hərəkəti qaydalarını kobud şəkildə pozub "Vaz 2107" markalı 90-KM-745 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nahid Muradovdur.
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə N.Muradovun nəqliyyat vasitəsini idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib. pizza
Telegram kanalımız