AXCP üzvünün həbsinə aydınlıq gətirildi -   Video

saytların hazırlanması

Evə çatdırılma

AXCP üzvünün həbsinə aydınlıq gətirildi - Video

Kriminal

05 Aprel 2021 15:21 721


AXCP üzvü Laçın Vəliyevin konkret cinayət əməlinə görə Sabunçu RPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şərlənərək saxlanılması ilə bağlı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən iddialar yayılır.

Yenisabah.az-ın məlumatına görə, DİN Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, bu iddiaların heç bir əsası yoxdur, L.Vəliyev narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edir və bu araşdırmalarla sübuta yetirilib.

Onun üzərindən hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı satış məqsədilə qanunsuz olaraq, istintaqla mənbəsi araşdırılan, şəxsi istehlak miqdarından artıq narkotik maddə 4,791 qr metamfetamin, 6,474 qr heroin aşkarlanıb. Eləcə da ona təyin edilən müvafiq tibbi müayinənin nəticələrinə görə, narkotik vasitələrin istifadəçisi olması məlum olub. Dördpendirli pizza

Fakt üzrə Sabunçu RPİ İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.4.3-cü madəsi ilə cinayət işi başlayıb. Hazırda istintaq hərəkətləri davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!