Milli Kulinariya Mərkəzinin keçmiş direktoru Tahir Əmiraslanovun kitablarını yandırması böyük əks-səda doğurub. Bəziləri bu addımı tənqid edir bəziləri isə Tahir Əmiraslanova haqq verən fikirlər bildirir.
Yenisabah.az məsələ ilə bağlı Tahir Əmiraslanovla əlaqə saxlayıb. Milli Kulinariya Mərkəzinin eks-direktoru atdığı addıma təəsüf etdiyini bildirib:
“Bu düzgün yanaşma deyil, fikirləşirəm ki, gərək bu ideyanı mən Əbilova (red: Aydınxan Əbilov) verəydim. O kitabları daha çox təbliğ edir deyə, bəlkə də mən yox o yandırsaydı insanlar daha düzgün başa düşərdi. pizza mizza
Əgər sosial şəbəkə hesabıma baxsanız görərsiniz ki, mən son bir neçə gündə bizim mental xüsusiyyətlərimizi özündə əks etdirən maraqlı kitablar paylaşmışam. Axırıncı yazımı isə 10 nəfər bəyənmə emojisi atıb. Amma heç kim, hətta bəyənənlər belə oxumayıblar.
Buna görə də mən bu addımı atmaqla demək istəyirdim ki, “ay camaat, bu kitabları biz oxumasaq onları yazmağa, saxlamağa, qorumağa dəyərmi? Bu addımım həm də insanlara “kitab oxuyun” mesajı idi. Zatən yandırılan kitablara görə ajiotaj yaratmağa ehtiyac yoxdur, çünki yandırdığım kitablar bütün kitabxanalarımızda var, köhnəlmiş və nisbətən cırılmış kitablar idi. Əsas odur ki, mən bu addımı atmaqla göstərdim ki, kitabları oxumaq lazımdır”.
Sabiq direktor bu addımı atmasının əsas səbəbini də açıqlayıb:
““National Geographic”da 1 aya yaxındır ki, Azərbaycan mətbəxi haqqında biabırçı yazı dərc olunub. Bu yazı birbaşa olaraq ermənilərə fakt vermək üçün yayımlanıb. Bunu qabardırdım ki, çıxıb təzib versinlər. Sadəcə məqsədim bu idi, buna nail olmağa çalışırdım. Bəlkə vicdanları sızlayıb çıxıb onlara layiq olduqları cavabı verələr deyə”.
T. Əmiraslanov sosial şəbəkədə onu tənqid edənlərə, qınayanlara da cavab verərək psixoloji probleminin olmadığını və haqqında yazılanlara təəssüf etdiyini bildirib:
“Azərbaycanda kulinariya sahəsində məndən çox dövlətin qiymətləndirdiyi şəxs yoxdur. Baxın, cənab prezident mənə “Əməkdar Mədəniyyət İşçisi” adını verib. Mən yeganə kulinaram ki, “Şöhrət Ordeni” almışam. Birinci vitse-prezident Mehriban xanım Əliyeva mənə Azərbaycan mətbəxinin qorunması və təbliğinə görə təbrik məktubu ünvanlayıb. Mənim o vəzifədəki əməyim yüksək qiymətləndirilib və çiynimə çox məsuliyyət qoyulurdu hərçənd ki, bu ordenləri, bu adları, Mehriban xanımın təbrikini axıra qədər doğrultmamışam. Və çalışıram doğruldum, hazırda Qarabağın mətbəxinə aid kitab çap etdirməyə hazırlaşıram.
Milli Kulinariya Asossasiyasının rəhbəri kimi durmadan çalışıram. Çox yaxşıyam, yazırlar psixoloji durumuma görə məni həkimə aparmaq lazımdır filan... Mənim psixoloji durumum yerindədir, işimi görməkdə davam edirəm. Başında problemi olan adam kitab yazmaq üçün qrant uda bilməzdi. Bu qədər xalq mənə dəyər verir, daha nə etmək olar?
Xalq mənim üçün qədir ağacı əkməli deyil ki, qiymətimi verir kifayətdir məncə. Vəzifə idi, işlədim, başa çatdı, çıxıb öz işlərimi görürəm. Mən demişəm, bu kitabları nəvələrimə yadigar qoyuram. Camaat nəvələri üçün banka pul qoyur, mən də kitab qoyuram. Hansı biri alim olmağa qərar versə bu kitablar onlara lazım olacaq”.
T. Əmiraslanov mərkəzin hazırkı direktoru Orxan Fikrətoğlu ilə şəxsi problemləri olması barədə yazılanlara da reaksiya verərək bunun düzgün olmadığını diqqətə çatdırıb:
“Mən istəmirəm ki, kimsə Orxan Fikrətoğlu ilə hər hansı problemim olduğunu düşünsün. O vəzifəyə təyin ediləndə özüm şəxsən gedib görüşdüm, bağrıma basıb təbrik edərək uğurlar arzu etmişəm. Bizi heç kim qarşı qarşıya qoymasın. Biz dostuq və onunla çörək kəsmişik. Axmaq adamlar nə deyir desin, bizim aramızı heç kim vura bilməz nə də mən dəli deyiləm”.
T. Əmiraslanov edilən təzyiqlərdən də söz açıb: “Bəzi ictimai təşkilatlar işimə qarışır, mənə qarşı olan qrupları beynəlxalq təşkilatlara üzv eləməyə çalışırlar. Mən özümə qarşı təzyiq edilir deyəndə dövlətin təzyiqini nəzərdə tutmurdum, konkret şəxslərin təzyiqi var, bəzi məmurların da təzyiqi var onlar isə dövlət deyil. Son dəfə yenə bəyan edirəm. “National Geographic”in milli mətbəximiz haqqında yazdığı böhtanlara cavab verilmədiyi üçün bu addımı atdım ki, bəlkə əlaqədar şəxslər onlara cavab verməsi üçün vicdanları oyanar. Başqa heç bir məqsədim olmayıb”.
Nurlan Cəfəri
Telegram kanalımız