“Axund dedi ki, Xocalıdan meyitini gətirdiyin uşağı məsciddə yuyanda ayıldı“
26 Fev 2021 15:30
419

“Axund dedi ki, Xocalıdan meyitini gətirdiyin uşağı məsciddə yuyanda ayıldı“

1993-2000-ci illərdə Hərbi Tribunalda hakim işləmiş, yadımızda "Bunu da çək! Bunu da!" səsi ilə qalmış Əsəd Fərəcovun Xocalı faciəsindən danışıb.

Yenisabah.az xəbər verir ki, o, faciə zamanı yaşadığı dəhşəti bu sözlərlə ifadə edib:

"Çingiz Xocalını çəkəndə mənim fonda səsim gəlir. Deyirdim ki, Çingiz onu çək, bunu da çək. Uşaq meyitlərini orada qoya bilməzdik, jurnalistlər hamısını çəkirdi. Bu məqamda donmuş uşağı anasından ayırdım. Uşaq iki gün olardı ki, ölmüş anasının qucağında Xocalıda qalmışdı. Sonra meyitləri götürüb məscidə apadıq. Ağdamda "Qonaq evi" deyilən yer var idi. Orada başımı qolumun üstünə qoyub oturmuşdum. Xocalıdakı dəhşətləri xatırlayıb ağlayırdım. Bir də gördüm ki, kimsə əlimdən öpür. Gözümü açdım ki, Ağdamın axundudur. Mənə dedi ki, gətirdiyin uşağı məsciddə yuyanda ayıldı. Sən demə uşağı isti su ilə yuyanda ağlayıb və oyanıb. O zaman həmin uşağın 2-3 yaşı olardı. O uşaq indi də yaşayır. Ancaq mən onu tanımıram, o da məni".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər