“Ay dilsiz, ağızsız, eşşək!“ - Brilliant  od püskürdü

saytların hazırlanması

Evə çatdırılma

“Ay dilsiz, ağızsız, eşşək!“ - Brilliant od püskürdü

Şou

20 Sentyabr 2022 15:55 1312


Xalq artisti Brilliant Dadaşova Ermənistanın cəbhədə törətdiyi təxribatlara münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bu məsələyə "qafiyəli nəsr"lə yanaşıb:

“Sən bayrağımı yandırmağında ol, biz onu ana Vətəndə ucaltdıqca, qəhər səni boğsun. Saral, sol… pizza hut

Özün seçmisən bu aqibəti. Uzadırsan çoxdan bitmiş haqq-hesabı. Bizə qarşı əslərlə boyu qəlbdə bəsləmisən qısqanclığı, nifrəti. Ürəkdən çəkmisən paxıllığı, gizlətmisən həsrəti. Anlamırsan, tülkü aslana edə bilməz ədavəti. Uduzar rəqabəti… Özün gətirirsən öz xalqının başına müsibəti. Ay dilsiz, ağızsız, bayrağa güc göstərən, eşşək. Özgə atına minən tez düşər. Bil ki, budur tək gerçək”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!