Ay mənim ideyam idi... - Nura paxıllıqdan yazdı

saytların hazırlanması

Evə çatdırılma

Ay mənim ideyam idi... - Nura paxıllıqdan yazdı

Şou

24 May 2024 14:40 646


“Paxıllıq hissi bir çoxunu məhv edir. Sağlam rəqabət insanları irəli apara bilər, ancaq paxıllığa başqa don geyindirib, yüz bəhanə tapanlar bu həyatda heç vaxt xoşbəxt ola bilməzlər”.

Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb.

O əlavə edib: “Biri bir az irəli gedən kimi, ay mən dedim, ona fikri, ay mənim ideyam idi, mən məsləhət etdim, məndən öyrəndi, mən daha yaxşıyam, amma adamım yoxdur, ay nə bilim mən, mən, mən demək əvəzinə “biz” deməyi öyrənin.  Marqarita pizza

Hər bir uğurlu işdə bir-birinizə dəstək olsanız, ətrafınızda uğurlu insanlar nə qədər çox olsa, o qədər də güclü olacağınıza əmin olun. Güc birlikdədir - bir-birinə mane olmaqda deyil. Həyat bumeranqdır. Nə əksəniz, onu da biçəcəksiniz. 

Qəlbinizi təmiz saxlayın, pis fikirləri beyninizə gələndə qovun. Qarşınızdakını pis görürsünüzsə, bu onun pis adam olduğu anlamına gəlməyə bilər, bəlkə siz onu elə görmək istəyirsiniz, bəlkə paxıllıqdır içinizdəki? Bəlkə də başqa səbəblər. Özünüzü (fikirlərinizi, hisslərinizi) anlamağa çalışın ilk növbədə. 

Sonra beyninizi və qəlbinizdəki hissləri çirkabdan təmizləyin”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!