Ayan Babakişiyeva həyatından və keçirdiyi estetik əməliyyatlardan danışıb.
“Yeni Sabah” xəbər verir ki, o, “Sevilən səhər” proqramında insanlara dərdini danışarkən ehtiyatlı olmaq lazım olduğunu deyib.
Ayan bildirib ki, illər keçdikcə insan özünü qorumaq üçün ətrafına “divar hörür”: Dominos pizza
“Dərdini danışırsan və ehtiyatlı olmalısan. Kimin yanında hansı yaranı göstərdiyini bilməlisən ki, səni sonra qınamasın. Yalandan özümü mələk kimi göstərə bilmərəm. Bəlkə də qınadığım hansısa insanın yerində olsam, eynisini edərəm”.
Ayan estetik əməliyyatlarını da etiraf edib. O, üç dəfə plastik əməliyyat keçirdiyini, burun və göz nahiyəsində əməliyyat etdirdiyini bildirib.
Müğənni dodaq və çənə dolğusundan istifadə etdiyini, bədən nahiyəsində də plastik əməliyyat keçirdiyini söyləyib.
Hazırda çəkisinin 47-49 kiloqram olduğunu deyən Ayan qabırğalarını incəltmək üçün əməliyyat etdirmək istədiyini, lakin həkimin buna razı olmadığını bildirib.
Aydan Hacı
Telegram kanalımız