Ayətullah Xameneinin dəfnində hansı ölkələrin rəsmiləri iştirak edəcək? -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Ayətullah Xameneinin dəfnində hansı ölkələrin rəsmiləri iştirak edəcək? - VİDEO

Dünya

02 İyul 2026 11:31 112


Sabah İranın mərhum Ali Rəhbəri Ayətullah Xamenei ilə vida mərasimi keçiriləcək.

“Yeni Sabah” ILNA-ya istinadla xəbər verir ki, mərasimdə təxminən 40 ölkədən yüksək vəzifəli şəxslər və müxtəlif ölkələrin rəhbərləri iştirak edəcəklər.

Artıq bəzi qonaqların adları məlumdur. Marqarita pizza

O cümlədən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Tacikistan Prezidenti Emomali Rəhmon, İraq Prezidenti Nizar Amidi və İraq Nümayəndələr Palatasının sədri Heybət Əl-Halbusi, Türkmənistan xalqının ümummilli lideri və Xalq Şurasının rəhbəri Qurbanqulu Berdiməhəmmədov, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Gürcüstan Prezidenti Mixail Kavelaşvili, Pakistanın Baş naziri Şahbaz Şərif, Ermənistanın Baş naziri Nikol Paşinyan, Türkiyə vitse-prezidenti Cevdet Yılmaz, “Taliban” hökumətinin Baş naziri Molla Həsən Axund, Banqladeş Baş naziri Tariq Rəhman və Banqladeş parlamentinin sədri Hafizuddin Əhməd, Qazaxıstanın xarici işlər naziri Yermak Kuşerbayev və s. rəsmi, habelə bir sıra tanınmış ictimai və dini xadim vida və iyunun 9-da baş tutacaq dəfn mərasimlərinə qatılacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!