Əməkdar artist Aygün Bəylərin toy məclislərinin birində erməni ifaçı İlona Nersesova ilə birgə “Tut ağacı” mahnısını oxuması insanlar tərəfindən birmənalı qarşılanmayıb.
Yenisabah.az xəbər verir ki, bir müddətdir sosial şəbəkələrdə sərt tənqid edilən sənətçinin prodüsseri Sultan bu haqda açıqlama verib. O, Muz Tzv-yə verdiyi açıqlamada A.Bəylərin məclisdə ifa edərkən İlonanın qəfil ona yaxınlaşdığını deyib:
"Bunlar hamısı yalandır, Aygün xanıma qarşı qara PR-dır. Bu məsələ 15 il bundan qabaq, İsraildə Tel-Aviv şəhərində olub. O xanım özü anidən yaxınlaşır Aygün Bəylərə. Həmin xanım özü İsraildə yaşayır, yəhudidir. Əgər müğənni məclisdə ifa edirsə, kimsə ona yaxınlaşanda ondan pasport soruşmur, milliyətini öyrənmir. O xanım haqqında deyirlər ki, guya ermənidir, amma bizdə olan dəqiq məlumata görə onun ermənilərlə heç bir əlaqəsi yoxdur. Mən insanları belə qara PR-a uymamağa səsləyirəm". Toyuqlu pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız