Həftələrdir oğurlanan “Instagram” hesabını geri qaytaran Xalq artisti Aygün Kazımova yeni klipini dinləyicilərinə təqdim edib.
Yenisabah.az xəbər verir ki, o, həmişəki kimi, bu il də ənənəsinə sadiq qalıb. Müğənni ad günündə sevənlərinə sürpriz edərək, yeni klipini onların ixtiyarına verib.
“Sağ-salamat” adlanan mahnının ekran həlli türkiyəli rejissor Selim Akara həvalə olunub. Bəstənin müəllifləri Yap10 (Zamiq Əliyev) və Saybudur (Səbuhi Məcnunlu). Sezar pizza
Klip üçün Kazımova yenə Türkiyəyə yollanıb. İstanbulda lentə alınan ekran işi üzərində 100 nəfərdən çox heyət çalışıb.
Klipdə rəqqaslar, aktyorlar rol alıb.
Telegram kanalımız