Xalq artisti Aygün Kazımovanın ad günüdür.
Yenisabah.az axşam-a istinadla xəbər verir ki, Xalq artisti Faiq Ağayev və aparıcı Elgiz Əkbər həmkara sürpriz edib. Onlar gecə yarısı Kazımovanın evinə yollanaraq, sənətçi üçün hədiyyə aparıblar.
Elgiz deyib: "Səhnəmizin divasını təbrik etmək istədim. Bilmirəm necə qarşılayacaq. Hər zaman təravətli olasınız. Sizin doğum gününüz hər dəfə xüsusi önəm daşıyır". Toyuqlu pizza
A. Kazımova cavab verib: "Əsl sürprizdir, ev paltarında sizi qarşılayıram. Özəl bir ad günü olacaq. Konsert kimi bir proqram hazırlanıb".
Telegram kanalımız