“Ayıbdır, insanın mənliyi olar“ - Əməkdar artistə qarşı dələduzluq
23 May 2020 20:08
618

“Ayıbdır, insanın mənliyi olar“ - Əməkdar artistə qarşı dələduzluq

Əməkdar artist Sevda Ələkbərzadə Basqal qəsəbəsində başına açılan fırıldaqçılıqdan danışıb.

Yenisabah.az xəbər verir ki, sənəyçi İnstaqramda canlı yayımda Əməkdar artist Bəhram Bağırzadənin suallarını cavablandırarkən babası, müasir Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən olan Əbülhəsən Ələkbərzadədən söz açıb. O bildirib ki, Basqalda babasının muzeyini açmaq istəyib:

"Basqala getmirəm, incimişəm. İstəyirdim ki, babamın ev muzeyini orada açım. Ora pul da ödədim, ödəməməli idim. Pulla 10 sot torpaq aldım. Əbülhəsən yazmışdı ki, öləndə məni doğma torpağım Basqalda dəfn edərsiz. Torpaq aldığım adamlar məni aldatdı.

10 ildən sonra belə çıxdı ki, saxta sənədlər veriblər. Pul verdiyim kişi üzümə durdu ki, mənə pul verməmisiniz. Üstünə düşmədim. Belə bir münsaibət varsa, heç mənə lazım da deyil. Onları Allah görsün. Ayıbdır, insanın mənliyi olar. Vətən sevgisi nədir? Öz torpağınızdan çıxan bu boyda böyük insana belə münasibət bəsləyirsiz".    /Axsam.az

Oxşar xəbərlər