“Ona ayıb olsun! Xalq artisti adına da layiq deyil!” –   Röyanın mahnısı etiraz doğurdu

saytların hazırlanması

Evə çatdırılma

“Ona ayıb olsun! Xalq artisti adına da layiq deyil!” – Röyanın mahnısı etiraz doğurdu

Şou

12 Yanvar 2024 16:14 45446


Xalq artisti Röya Ayxan bir neçə gün öncə sosial şəbəkə hesabında “Gic kimi” adlı mahnısına çəkdirdiyi qısametrajlı klipi izləyiciləri ilə bölüşüb. Yenidən gündəmə gələn mahnının sözlərini sosial şəbəkə izləyiciləri birmənalı qarşılanmayıb. Bəziləri mahnının sözlərinin bayağı olduğunu iddia edərək bunun Xalq artisti fəxri adını daşıyan sənətçiyə yaraşmadığını qeyd edib.

Yenisabah.az-a danışan Əli Mirəliyev “Ürəyi boş, ürəyi sevmir heç kimi. Gözlədim mən onun yolunu gic kimi” misralarının oxumasını Xalq artistinə yaraşdırmayıb.

O, Röyanın bu ada layiq olmadığını da iddia edib: Dördpendirli pizza

“Röya Xalq artisti deyil! Ona yalandan bu fəxri adı veriblər. Yalançı Xalq artisti. Elə buna görə ağlına nə gəldi oxuyur. Xalq artisti adını alan insan gərək özünə hörmət etsin. Röya indi nə oxuyur bilmirəm, amma söhbət indidən yox, elə əvvəldən gedir. 

Röyanın əvvəlki hərəkətlərinə nəzər yetirmək kifayətdir ki, biləsən elə bu cür oxumalıdır. Başqa nə oxumalı idi? O, Akif İslamzadə, Şövkət Ələkbərova, Gülağa Ağayev kimi, lap elə mənim kimi oxumalı idi?! Onun ədəbi olub ki, ədəbli də oxusun?”

Ə. Mirəliyev Xalq artisti Aygün Kazımovanın və Röyanın fəxri adlarının onlardan geri alınmasını tələb edib:

“Röya Aygünün də üstündən gedir. O, “geydirmə” oxuyur. Xalq artisti ara sözlərinə, meyxana sözlərinə mahnı qoşub oxumaz! Ayıbdır! Ona ayıb olsun. O, Xalq artisti kimi mötəbər bir ada layiq deyil və bu adı həm  ondan, həm də Aygün Kazımovadan geri almaq lazımdır

Əsmətxanım Rzazadə 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Esi
    Eli mireliyevi hec sevmirem cox asagilayici tehqir edici danisir ama bilmirki ona verilen hec bir ada o bele laiq deyil
    2 years ago
  • Vuqar Məmmədov
    ƏLİ Mirəliyev 100% düz söyləyir! ????
    2 years ago
  • Nurlan
    İndi əsl sənətkarlara xalq artisti adı verilmir.Belələri Röyalar,Aygünlər moddadı.Heyiflər olsun sənətkarlar əziyyətlə yaşayır.Dünya bunlarındı.
    2 years ago
  • Canavar
    Röyani indi taniyirsiz ki, ondanda beter geyinenler var.
    2 years ago
  • Rahim
    Roya xalq artisti adına layiqdir. Çünki onu xalqin çox hissəsi,əsasəndə gənc nəsil dinləyir. O muasir Azərbaycanın xalq artistidi. Mahnilari geyim tərzi ve xarakteri bir brenddir. Qaldiki əxlaqa. Əgər xalq artistliyi adı əxlaqa baxılıb verilsəydi coxu bu adda mehrum olardi.
    2 years ago
  • Aysel
    Açıq geyinib səfeh sözlər qoşaraq mahnı oxunmur. Həqiqətən də onlar xalq artisti adına layiq deyillər
    2 years ago
  • User12.
    Ele esl xalqin artisto Aygunle Royadi.men hec Elini verliwlerde gormek bele istemirem.Aygunle Royaya gunlerle qulaq asaram zovq alaram.
    2 years ago
  • Elmin.
    Əla. Deyiminə. qurban.
    2 years ago