Ayın 15-i və 20-si ilə bağlı XƏBƏRDARLIQ  –   Geciksəniz, əlavə pul ödəyəcəksiniz!

saytların hazırlanması

Evə çatdırılma

Ayın 15-i və 20-si ilə bağlı XƏBƏRDARLIQ – Geciksəniz, əlavə pul ödəyəcəksiniz!

İqtisadiyyat

14 Oktyabr 2026 15:36 275


Vergi ödəyicilərinin oktyabr ayında bir sıra vergi və sığorta haqlarını ödəməsi üçün müəyyən edilmiş son tarixlər yaxınlaşır. Ödənişlərin gecikdirilməsi əlavə faizlərin hesablanmasına səbəb ola bilər.

Bu barədə "Yeni Sabah"a Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 15-i məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsinin son günüdür. Toyuqlu pizza

Bundan əlavə, oktyabrın 20-si aşağıdakı vergilərin ödənilməsi üçün son tarixdir:

Sadələşdirilmiş vergi;

Xüsusi notariuslar üzrə gəlir vergisi;

İdman mərc oyunları, lotereyalar, digər yarışlar və müsabiqələr üzrə gəlir vergisi;

Əlavə dəyər vergisi;

Aksizlər;

Yol vergisi;

Mədən vergisi;

Pul vəsaitlərinin nağd çıxarılması üzrə sadələşdirilmiş vergi;

Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi;

Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə ödəmə mənbəyində tutulan vergi.

Qeyd olunub ki, sadalanan ödənişlər vaxtında həyata keçirilmədikdə əlavə faizlər hesablanır.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!