AYNA: Yeni dəmir yolu xətlərinin yaşayış məntəqələrini şəhərin əsas mərkəzləri ilə birləşdirməsi planlaşdırılır

saytların hazırlanması

Evə çatdırılma

AYNA: Yeni dəmir yolu xətlərinin yaşayış məntəqələrini şəhərin əsas mərkəzləri ilə birləşdirməsi planlaşdırılır

Sosial

21 May 2026 13:20 58


Bakıda nəqliyyat infrastrukturunun transformasiyası üzrə 2025-2030-cu illəri əhatə edən yol xəritəsi Prezidentin müvafiq Sərəncamı ilə təsdiqlənmiş dövlət proqramı çərçivəsində icra olunur. Proqram paytaxtın nəqliyyat sisteminin mərhələli və çevik şəkildə yenilənməsini nəzərdə tutur, şəhər mobilliyi layihələri urbanizasiya prosesləri ilə uzlaşdırılmaqla həyata keçirilir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı regional idarəsinin rəisi Tərlan Səfərov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Bakı Baş Planı – Yeni İnkişaf Dövrünə” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hazırda Bakı üzrə 368 ekoloji təmiz avtobus fəaliyyət göstərir, 140 kilometr avtobus zolağı yaradılıb. pizza hut

“Son beş il ərzində gündəlik sərnişindaşımanın həcmi 32 faiz artıb və hər gün xəttə 2300 avtobus buraxılır. Genişlənən nəqliyyat şəbəkəsi çərçivəsində ildə təxminən 500 milyon sərnişin daşınır. Eyni zamanda metro və regional dəmir yolu şəbəkələrinin genişləndirilməsi istiqamətində layihələr icra olunur, yeni xətlərin yaşayış məntəqələrini şəhərin əsas mərkəzləri ilə birləşdirməsi planlaşdırılır”, - deyə Tərlan Səfərov vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!