Aynişan Türkiyədə başına gələnlərdən danışdı: “Gözləri doldu və ağlamağa başladı“

saytların hazırlanması

Evə çatdırılma

Aynişan Türkiyədə başına gələnlərdən danışdı: “Gözləri doldu və ağlamağa başladı“

Şou

11 Mart 2021 17:01 892


Bir müddət əvvəl Türkiyədə səfərdə olan bloger Aynişan Quliyeva başına gələn hadisədən danışıb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə məlumat verən Aynişan qardaş ölkədə maşın ustası ilə arasında keçən dialoqdan bəhs edib. 

O, ustanın onu zəlzələdə itirdiyi yaxınına bənzətdiyini və buna görə ondan pul almadığını deyib: Dominos pizza

"Bir neçə həftə öncə Türkiyədə idim. Orada maşın kirayələmişdim. Təkərlərində balans problemi olduğundan ustaya getdim. Orada yaşlı bir şəxs mənə yaxınlaşdı. Üzümə baxıb, sanki fikirə daldı. Bundan çox həyəcanladım, sanki mənə enerji göndərdi. Təkərləri təmir etməyə başladı. Bir az sonra mənə yaxınlaşıb dedi: "Yanlış anlamayın, mən sizə bir söz deyəcəyəm. Bir insan digərinə bu qədərmi bənzəyər?!" Mən də zarafatla məni kimə bənzətdiyini soruşdum. "Mənim üçün dəyərli bir insan var idi, sizi ona oxşatdım. Ancaq onu zəlzələdə itirmişəm". Bunları deyərkən həmin adamın gözləri doldu və ağlamağa başladı. İşlərini bitirdikdən sonra nə qədər ödəyəcəyimi soruşduqda məndən pul almadı".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!