Aynişanın MRT cavabı çıxdı: “Üzgünəm, ancaq uzanıb tavana baxmışam”

saytların hazırlanması

Evə çatdırılma

Aynişanın MRT cavabı çıxdı: “Üzgünəm, ancaq uzanıb tavana baxmışam”

Şou

30 Avqust 2023 10:37 1706


Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyevanın səhhətində problem yaranıb. 

Yenisabah.az xəbər verir ki, aylardır boyun ağrısından şikayətlənən Aynişan həkim qəbulunda olub. MRT (Maqnit Rezonans Tomoqrafiya) analizinin cavabları çıxdıqdan sonra isə gənc bloqer nəticə haqda sosial şəbəkə hesabında paylaşım edib: 

"Bir neçə gün bundan öncə yazmışdım ki, boynum 1 aydan çoxdur ağrıyır. Bir çox insan mənə MRT etməyi məsləhət gördü. Dünən nəhayət ki, MRT-yə getdim. Bu gün isə nəticələr çıxdı.  Sezar pizza

Kefim pozulub. Üzgünəm. Sadəcə şükür edirəm ki, ən azından vaxtında bildim (nə qədər vaxtında deyə bilərəmsə). Bu gün uzanıb tavana baxmışam sadəcə. Çalışacağam ki, sizinlə də bu günlərdə bölüşüm. Çünki bu, çox insanda ola bilər, qarşısı alınmalıdır". 

Xəstəliyinin nə olduğunu hələlik gizli saxlayan Aynişan bir neçə gün sonra bir qrup izləyicisi ilə yürüşə gedəcəyini bildirib. Belə ki, sentyabrın 2-də bloqer izləyiciləri ilə birlikdə Yardımlı rayonunun Nisəqala kəndinə yürüşə yollanacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!