Aysel boşanma xəbərindən danışdı: “Sizə düzünü deyəcəm“

saytların hazırlanması

Evə çatdırılma

Aysel boşanma xəbərindən danışdı: “Sizə düzünü deyəcəm“

Şou

24 Yanvar 2023 16:08 897


Müğənni Aysel Əlizadə ilk dəfə evlənib boşanması ilə bağlı yayılan xəbərə münasibət bildirib. 

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu barədə o, “MTV Magazin”ə danışıb. Aysel həmkarı Sevinc Ağaşirinovanın yaydığı məlumatın yalan olduğunu təsdiqləyib:

“Haqqımda xəbərlər çıxır. Məni evləndirirlər, boşandırırlar. Bir çox məqamlar var ki, hamısını üstümə atırlar. Bacardığım qədər bu mövzularda susmağı seçirəm. Nəyisə saqqız kimi çeynəmək lazım deyil. Haqqımda nə düşünürlərsə, göydə Allah var. Dominos pizza

Kiminsə babalını yumaq, haqqına girmək düzgün deyil. Jurnalist dostlarımdan xahiş edirəm ki, xəbər çıxanda məni yığın, sizə düzünü deyəcəm. Təsdiqini tapmayan xəbərlərdir. Lazımsız mövzulardır. Qoyun danışsınlar. Hər şeyin bir vaxtı var. Haqq-ədalət mövcuddur. O, baxımdan hər şeyə ehtiyat edirəm. Qalmaqaldan uzaq bir insanam. Buna baxmayaraq qalmaqal gəlib məni tapır”.  

Qeyd edək ki, Sevinc “Səhər mərkəzi” proqramında Ayselin Türkiyədə ailə qurub ayrıldığını demişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!