Aysellə Oqtayın boşanmasında adı hallanan model  danışdı: “Xəyanət edən…”
12 Avq 2020 10:24
37152

Aysellə Oqtayın boşanmasında adı hallanan model  danışdı: “Xəyanət edən…”

Xəbər verdiyimiz kimi, bloqqer Aysel Şükür həyat yoldaşı Oqtay Əhmədovdan ayrılıb. Boşanma ərəfəsində olan cütlüyün münasibətlərinə son qoymasına səbəb xəyanət olub. Aysel bildirib ki, ərinin ona xəyanət etdiyini sübut edən dəlilləri var.

Oqtayın xəyanət etməyində adı hallanan model Könül instaqram hesabında bu barədə açıqlama verib. o, bildirib ki, bu məsələ ilə heç bir əlaqəsi yoxdur:

"Dəyərli izləyicilər, bu barədə danışmağı özümə borc bilirəm. Neçə ildi ki, bu sferadayam. Heç kimlə adım belə hallanmayıb. Məni tanıyan tanıyır. Necə biri olduğumu bilir. Mən hər zaman qadının yanında olmuşam. Bu gün bir daha onu anladım ki, qadının düşməni belə qadındır. Bu sözləri ürəyimdə qalmasın deyə yazıram. Bu vaxta qədər heç kimlə gündəmə gəlməmişəm. Bu məsələ ilə yaxından uzaqdan əlaqəm yoxdur. İnsanlar bilib bilmədən yarğılamağı, linç etməyi o qədər gözəl bacarır ki, söz tapa bilmirəm. Kimsə sizə yazırsa "bu sizin günahınızdır" deməkdən vaz keçin. Xəyanət edən kişiləri müdafiə etməkdən vaz keçin. "Kişidir ona hər şey olar" deməkdən vaz keçin. Kişini qadından üstün tutmaqdan vaz keçin". /Big.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər