Aysun qızını bağçaya yola saldı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Aysun qızını bağçaya yola saldı - VİDEO

Şou

01 Sentyabr 2026 11:29 126


“Bu gün qızımın ilk bağça günüdür. Bəlkə də çoxları üçün adi bir bağça günüdür, amma mənim üçün qızımın məndən bir addım uzaqlaşdığı ilk gündür. Qızım, Allahdan tək istəyim həyatında atdığın hər addım gözəl olsun! Qarşına həmişə səni sevən, qoruyan, yaxşılıq öyrədən insanlar çıxsın. Mən yanında olmasam belə, ürəyim, ruhum hər zaman sənin yanında olacaq”.

“Yeni Sabah” xəbər verir ki, bunu müğənni Aysun İsmayılova bildirib. O, qızının bu gün ilk dəfə bağçaya getdiyini qeyd edib:

“Sənə baxanda düşünürəm ki, necə oldu bu qədər tez böyüdün, mənim balaca qızım?.. Elə bil ki dünən qucağımda yatan körpə idin, indi isə öz balaca çantanı götürüb “mən bağçaya gedirəm” deyəcək qədər böyüyən, həyatının ilk addımlarından birini atan balaca uşaq... Toyuqlu pizza

Vaxt necə tez keçirmiş məyər!

Kaş həyatın boyu səni hər cür pislikdən qoruya biləydim, amma bilirəm ki, böyüməlisən, öz dünyanı qurmalısan. Mənim ən büyük arzum, harda olursan ol, özünü həmişə sevilmiş və güvəndə hiss etməyindir.

Səni qapıda qoyub geri dönəndən ürəyimin bir parçasını orada qoymuş kimi hiss edirəm. Sən bəlkə də heç nə anlamırsan, oynayıb-gülürsən, amma mən maşına minib səni düşünə-düşünə kövrəlirəm.

Həyatın boyu qarşına elə günlər çıxacaq ki, bəlkə məni yanında görə bilməyəcəksən. Bəlkə bəzi boşluqları hiss edəcəksən. Bəzi şeylərin niyə belə olduğunu böyüdükcə anlayacaqsan. Amma bir şeyi heç vaxt unutma, qızım: sən heç vaxt sevgisiz və tək qalmayacaqsan, çünkü mən varam. Sən yıxılanda əlindən tutmaq, qorxanda qucaqlamaq, sevincində səndən çox sevinmək, yolunu itirəndə sənə işıq olmaq üçün mən həmişə sənin yanında olacam.

Həyat sənə nə gətirir gətirsin, bir şeyi bil: sənin bu dünyada ən möhkəm sığınacağın, ən büyük dayağın və səni heç vaxt yarı yolda qoymayacaq bir anan var.

Get, mənim balaca qızım! İlk addımlarını at, öz dünyanı qur, öyrən, oyna, gül, yaxşı dostlar qazan. Amma nə qədər böyüsən də, mənim üçün həmişə o qucağıma sığan balaca qızım olaraq qalacaqsan.

Mən sənin hər ilkini ürəyimdə ömürlük saxlayacam. Bu an da onlardan biridir”.

Aydan Hacı 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!