Bu il Azərbaycanda çimərlik mövsümü başlayandan (iyunun 15-dən) qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti aşkarlanıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi çimərliklərdə mövsüm başlayandan bu günə kimi ölüm faktı qeydə alınmayıb. Toyuqlu pizza
Xidmətin dalğıc-xilasediciləri tərəfindən qeyd olunan dövr ərzində suda boğulma təhlükəsi ilə üzləşən 55 nəfər xilas edilib.
Bundan başqa, nəzarətsiz qeyri-çimərlik ərazilərində suda batan 40 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
"Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, müraciət edərək, çimərlik kimi nəzərdə tutulmayan nəzarətsiz su hövzələrindən istifadə etməməyə çağırır", - məlumatda qeyd olunub.
Telegram kanalımız