Son zamanlar Azərbaycanda ali məktəblərə qəbul ola bilməyənlər xaricə üz tuturlar. Ölkədə 50-60 bal yığan abituriyentlər digər ölkələrdə, o cümlədən Türkiyə, Ukrayna, Rusiyada yüksək ixtisaslı universitetlərə qəbul olunurlar.
Tanınmış təhsil eksperti Ramal Şəmşədli Yenisabah.az-a bunu təhsil haqqı və keçid ballarının yüksəkliyi ilə izah edib:
“Abituriyentlərin xaricə üz tutmasının səbəbi çox ola bilər. İlk növbədə, illik təhsil haqqının və keçid balllarının yüksəkliyi. Azərbaycanda, məsələn, dövlət universitetlərində illik təhsil haqqı 1500 manatdan, Türkiyə dövlət uiversitetlərində isə 350 manatdan başlayır. Buna görə də aylıq gəliri az olan ailələr övladlarını xaricdə oxutmağa meyillənir. Marqarita pizza
Dünyanın ən yaxşı təhsili ABŞ-dadır. Orada 2 fənn – riyaziyyat və ingilis dilindən qəbul imtahanı götürülür. Şagird bu imtahana girərək yığdığı nəticə ilə Amerikanın istənilən dövlət universitetində müxtəlif ixtisasa qəbul ola bilər. ADA universitetində də bu qayda tətbiq olunur. 5 fənn əvəzinə 2 fəndən verdiyi imtahanla abituriyent qəbul olur. Yəni ixtisasa uyğun olmayan fənlər qəbuldan çıxarılmalıdır. Çünki hər kəsin fərqli qavrama potensialı var”.
Ekspertin fikrincə, topladığı bala görə abituriyentin biliyini qiymətləndirmək düzgün deyil:
“20 bal yığan elə tələbə var ki, xaricdə universiteti birinciliklə bitirir. Amma 400-500 bal yığanlar var ki, universiteti bitirə bilmirlər. Burada problem universitetin çətin olması deyil. Səbəb düzgün ixtisas seçməmədir. Azərbaycanda yüzlərlə abituriyentlər var ki, yüksək bal ilə Azərbaycanda univerisitetə qəbul olur, lakin 4 il oxuya bilmir. Ona görə də bal əsas meyar deyil”.
Ramal Şəmşədli abituriyentlərin uğur qazana bilməməsini məcburiyyətlə oxuduğu ixtisasla əlaqələndirib:
“Bəzən valideynlər düşünürlər ki, nə olursa-olsun diplom vacibdir. Bu kimi fikirləri aradan qaldırmaq lazımdır. Şagirdin məqsədi başqa olur. İmtahan verir, istədiyi ixtisasa düşmür. Məcburən düşdüyü ixtisasda təhsil alır. Son nəticədə nə uğur qazanır, nə də düzgün iş tapır”.
Nəzrin Vahid
Telegram kanalımız