Azad olunmuş ərazilərdə 13 kütləvi məzarlıq aşkarlanıb - Rəsmi

saytların hazırlanması

Evə çatdırılma

Azad olunmuş ərazilərdə 13 kütləvi məzarlıq aşkarlanıb - Rəsmi

Sosial

24 Fevral 2024 12:19 558


İşğaldan azad olunmuş ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov Xocalı itkilərinin naməlum taleyindən bəhs edən "13" adlı bədii-sənədli filmin təqdimatında deyib.

O bildirib ki, torpaqlarımız işğaldan azad olunandan sonra Dövlət Komissiyasına itkinlərlə bağlı yeni müraciətlər daxil olur. Dördpendirli pizza

"Belə müraciətlərdən sonra Xocalı soyqırımı zamanı itkin düşənlərin sayı 196 nəfərə çatıb. İşğaldan azad olunmuş ərazilərdə fevralın 21-də 13-cü kütləvi məzarlıq aşkarlanıb. Sonuncu itkini aşkar edənə qədər çalışacağıq. Bütün itkinlərimizin taleyi aydınlaşacaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!