Azad olunmuş ərazilərə icazəsiz keçən şəxslər SAXLANILDI

saytların hazırlanması

Evə çatdırılma

Azad olunmuş ərazilərə icazəsiz keçən şəxslər SAXLANILDI

Sosial

10 Aprel 2021 12:56 541


Füzulidə işğaldan azad olunmuş ərazilərə keçən şəxslər saxlanılıb.

Daxili  İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, aprelin 9-da saat 18.15 radələrində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Seyidəhmədli kəndindən Alxanlı kəndi istiqamətində nəzarət postundan kənar yollarla icazəsiz olaraq keçən “VAZ-2106” markalı avtomobilin sürücüsünə  növbəti nəzarət postunda “saxla” işarəsi verilib.

Sürücü polis əməkdaşının qanuni tələbinə tabesizlik göstərərək, avtomobili onların üzərinə sürməklə polis əməkdaşının və Daxili Qoşunların hərbi qulluqçusunun ayaq nahiyələrinə  xəsarət yetirərək ərazidən uzaqlaşmağa cəhd göstərib. Sezar pizza

Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobilin rayonun Kərimbəyli kəndində saxlanılaraq Füzuli RPŞ-yə gətirilməsi təmin olunub.

Araşdırmalarla sürücü və sərnişinin  Beyləqan rayon sakinləri Zamir Əhmədov və əvvəllər məhkum edilmiş Zamiq Fərzəliyev olduğu, onların əlvan metal yığmaq məqsədi ilə həmin ərazilərə keçmələri müəyyənləşib.

Hazırda faktla bağlı Füzuli RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!