Azad Şuşa şəhəri ilk dəfə sakinləri ilə birgə Yeni ili qarşılayır - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azad Şuşa şəhəri ilk dəfə sakinləri ilə birgə Yeni ili qarşılayır - Fotolar

Sosial

30 Dekabr 2024 15:49 8472


Şuşa şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə "Güllü bağ" ərazisi bayram əhvali-ruhiyyəsi ilə bəzədilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, Şuşa sakinlərinin rəsm və əl işlərindən ibarət sərgisi, hazırladıqları müxtəlif cür kulinariya növləri sakinlər və Şuşaya gələn qonaqlar tərəfindən maraqla qarşılanır. pizza mizza

Eyni zamanda Şuşada fəaliyyət göstərən hotel və restoranlar da bu tədbirdə iştirak edirlər.

Vurğulanıb ki, bayram tədbiri 2025-ci il yanvarın 13-dək davam edəcək.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!