Azadlığa buraxılmış 3,7 min nəfərə birdəfəlik müavinət verilib

saytların hazırlanması

Evə çatdırılma

Azadlığa buraxılmış 3,7 min nəfərə birdəfəlik müavinət verilib

Sosial

12 Avqust 2022 11:53 2229


2022-ci ilin altı ayı ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilənlər istisna olmaqla, 27,7 min ailəyə 29,1 min uşağın anadan olmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş 3,6 min şəxsə müalicə üçün və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş 3,7 min nəfərə birdəfəlik müavinət verilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2022-ci il iyulun 1-i vəziyyətinə 39,6 min aztəminatlı ailənin 174,6 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 78,42 manat təşkil edib. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!