AZAL-ın İstanbul-Bakı reysi niyə təxirə salındı? - Rəsmi izah

saytların hazırlanması

Evə çatdırılma

AZAL-ın İstanbul-Bakı reysi niyə təxirə salındı? - Rəsmi izah

Sosial

02 Sentyabr 2023 10:56 366


"Azərbaycan Hava Yolları" aviaşirkətinin 1 sentyabr tarixində J2-078 İstanbul-Bakı marşrutu üzrə planlaşdırılan reysin icrası texniki səbəbdən - təyyarənin göyərtəsindəki kompüter sistemində yaranmış nasazlıq səbəbindən təxirə salınıb.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC məlumat yayıb.

Texniki xidmət işçilərinin problemi dərhal həll etməyə çalışmalarına baxmayaraq bu proses əlavə vaxt tələb edib. pizza hut

Məlumata görə, reysin bu gün günorta saatlarında yerinə yetirilməsi planlaşdırılır.

Bu reyslərin sərnişinləri hoteldə yerləşdirilib və aviaşirkətin qaydalarına uyğun olaraq içki və qidalanma daxil olmaqla zəruri vasitələrlə təmin olunublar.

Yaranmış narahatlığa görə üzr istəyir və gecikməni minimuma endirmək üçün tədbirlər görülür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!