AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib

saytların hazırlanması

Evə çatdırılma

AZAL Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün intellektual yarış təşkil edib

İqtisadiyyat

22 İyul 2026 12:04 45


AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 22 iyul Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün “Fibonacci” intellektual yarışını təşkil edib.

Tədbirin məqsədi media nümayəndələri ilə intellektual mühitdə bir araya gəlmək, qarşılıqlı dialoqu daha da möhkəmləndirmək və peşəkar əməkdaşlıq münasibətlərinin inkişafına töhfə vermək olub.

“Fibonacci” yarışı media nümayəndələri arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, fikir mübadiləsinin təşviqi və peşəkar dialoqun qeyri-rəsmi mühitdə davam etdirilməsi üçün şərait yaradıb. Pepperoni pizza

Ümumilikdə 100 nəfərdən ibarət on beş komanda arasında keçirilən yarış dostluq və sağlam rəqabət şəraitində baş tutub. İştirakçılar aviasiya, məntiq və aktual mövzuları əhatə edən suallar üzrə bilik və analitik düşünmə bacarıqlarını sınayıblar. Yarışın sonunda 1-ci, 2-ci və 3-cü yer üzrə qalib komandalar Azərbaycan Hava Yolları tərəfindən müvafiq olaraq 10 000, 7 000 və 5 000 AZAL milləri ilə  mükafatlandırılıblar.

Azərbaycanın milli aviadaşıyıcısı media ilə açıq, şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlığı fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edir. Aviaşirkət ictimaiyyətin operativ və düzgün məlumatlandırılmasında media nümayəndələrinin rolunu yüksək qiymətləndirir, peşəkar dialoqun və uzunmüddətli tərəfdaşlığın inkişafına xidmət edən bu kimi təşəbbüslərin davam etdirilməsinə xüsusi önəm verir.

Tədbirin videosunu linkə keçid edərək izləyə bilərsiniz:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!