“Azdrama”da döyüldüyü deyilən xalq artistindən -   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“Azdrama”da döyüldüyü deyilən xalq artistindən - AÇIQLAMA

Şou

08 Aprel 2025 14:24 369


Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ("Azdrama") Bədii Şurasında aktyorlar arasında dava baş verib.

İddialara görə adının açıqlanmadığı gənc aktyor xalq artisti Əli Nura yumruq vurub. Yaşanan əlbəyaxa davadan sonra xalq artisti hadisə yerindən uzaqlaşdırılıb.

Yenisabah.az xəbər verir ki, AZXEBER.COM məsələ ilə bağlı xalq artisti Əli Nurla əlaqə saxlayıb. Dördpendirli pizza

Aktyor haqqında çıxan xəbərləri təkzib edib:

"Bayaqdan hər kəs məni yığır, hadisə haqda məlumat öyrənməyə çalışır. Axı sizə kim deyir ki, mən dava salmışam, məni vurublar? Belə şey olmayıb. Bununla bağlı tetrdan da rəsmi cavab ala bilərsiniz".

"Döyüldüyünüzə görə polisə müraciət etdiyiniz doğrudur?" sualına isə xalq artisti belə cavab verib:

"Yazılan xəbərlərin heç biri doğru deyil. Mən polisə şikayətçi olmamışam".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!