Azər Axşamın ölüm xəbəri yayıldı

saytların hazırlanması

Evə çatdırılma

Azər Axşamın ölüm xəbəri yayıldı

Şou

10 Avqust 2026 16:03 1635


Aparıcı-aktyor Azər Axşamın (Şabanov) ölüm xəbəri yenidən yayılıb.

Musavat.com xəbər verir ki, Azər Axşam bu dəfə də barəsində yayılan ölüm xəbərinə sosial media hesabında münasibət bildirib.

Sənətçi yayılan xəbərlərin kim tərəfindən və hansı məqsədlə yayıldığını anlamadığını qeyd edib: pizza

“Çox maraqlıdır ki, bu xəbərləri kim yayır və onların qazancı nə olur? Allah onlara hidayət versin. Bu gün bir jurnalist xanım zəng edib dedi ki, "Azər müəllim, yenə sizin ölüm xəbəriniz yayılıb".

Dedim ki, bu artıq neçənci dəfədir, barəmdə belə xəbər yayılır. Həm də bu, təkcə mənimlə bağlı deyil. Bir sıra sənətçilərlə bağlı da belə xəbərlər yayılır. Demək istəyirəm ki, hər şey yaxşıdır. Canı verən də, alan da Allahdır. Hər kəsə can sağlığı arzulayıram”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!