Azər Aydəmir “Qarabağ filmləri”ni tənqid etdi: “Qəhrəmanımız qorxmur?” -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azər Aydəmir “Qarabağ filmləri”ni tənqid etdi: “Qəhrəmanımız qorxmur?” - VİDEO

Şou

12 Avqust 2026 10:57 26


“Kimsə desə ki, Qarabağ və ya Vətən müharibəsi haqqında bədii film çıxıb, gedib baxaq, mənə maraqlı gələr, qəhrəmanımız qorxacaqmı? Həmkarlarımızın çoxu deyir ki, mən obrazı qorxaq göstərə bilmərəm. Deyirəm, axı qulağının dibində güllələr vıyıldayır, hər an ölə bilər. Bir anlıq da olsa, qorxmur?”

“Yeni Sabah” xəbər verir ki, bunu aktyor, ssenarist Azər Aydəmir “AStar” yutub proqramında deyib.

Onun sözlərinə görə, müharibə haqqında əsl filmlər çəkilməsini arzu edir: Toyuqlu pizza

“Bu, çox mübahisəli məsələdir. Elə bir mövzudur ki, daşlar öz yerinə oturmalıdır. İkinci Dünya müharibəsi haqqında 90-cı illərdə çox gözəl filmlər çəkilib. İstərdim ki, nə vaxtsa həqiqi müharibə haqqında film çəkək.

Birinci Qarabağ müharibəsi haqqında maraqlı filmlər çəkilib. Mənim ən sevdiyim film rejissor Yavər Rzayevin “Sarı gəlin” filmidir. Çox gözəl yanaşmadır, amma kino camiəsi ona bir az məsafəli yanaşır”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!